Dünya

Tramp Çini müqavilə bağlamağa tələsdirir

12 May 2019 14:35
0 Şərh     Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donald Tramp Çini ABŞ-da 2020-ci ildə yeni prezident seçkilərini gözləmədən, tez bir zamanda ticari müqavilə bağlamağa səsləyib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Tramp özünün "twitter" hesabında yazıb: "Zənnimcə, Çin bu yaxınlarda baş tutan danışıqlar zamanı özünü necə əzilmiş hiss edibsə, 2020-ci ildə baş tutacaq növbəti prezident seçkilərinə qədər gözləmək qərarına gəlib. Yəqin, düşünür ki, birdən bəxtləri gətirər və demokrat qələbə qazanar".

O vurğulayıb ki, belə olan təqdirdə, Çin ABŞ-ı illik 500 milyard dollar məbləğində soymaqda davam edəcək.

Xatırladaq ki, iki gün öncə Tramp ABŞ tərəfinin ümumi məbləği 200 milyard dollara yaxın olan Çin məhsullarına tətbiq olunan idxal rüsumunu iki dəfədən çox artırdığını bildirmişdi. O qeyd etmişdi ki, Çin imzalanmağa hazır olan iki ölkə arasındakı ticari müqavilənin bağlanmasını pozub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.