Dünya

ABŞ Yaxın Şərqə raket və zərbə dəstəsi yığır: Müharibə...

12 May 2019 12:28
4 Şərh     Baxış: 2 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Yaxın Şərqə "Patriot" zenit raket komplekslərini və hərbi gəmilərini göndərməkdə əsas məqsədi İranı nüvə problemləri ilə bağlı məsələdə özünün diktə etdiyi formada hərəkət etməyə məcbur etməkdir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a ABŞ-ın Yaxın Şərqdə daha da möhkəmlənməsinə münasibət bildirən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, İran-ABŞ arasında kiçik döyüşlər baş verə bilər:

"Son vaxtlar ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların çoxalması və İrandan neft alan ölkələrə embarqo tətbiq edilməsi bu ölkənin iqtisadiyyatına mənfi təsir edir. Gündəlik demək olar ki, 1 milyon barrel neft satan İran hazırda hər gün 70 milyon dollar civarında vəsait itirir. Məhz buna görə də İran çıxış yolu olaraq, bir neçə addım atmaq niyyətindədir. Məsələn, "İraq nefti" adıyla İran neftini satmaq və yaxud da Rusiyanın vasitəsiylə bunu bazara çıxarmaq kimi digər variantlar düşünüb. İran hətta qaçaqmalçılıq yoluyla neftini sata bilərdi. Bir müddət əvvəl ABŞ-ın sanksiyalarına qarşı İran bəyanat verib ki, Hörmüz boğazını bağlayacaq. Bu boğazın bağlanması isə oradan istifadə edən Qətər və digər dövlətlərin yolunu bağlamaqdır. Məhz buna görə də Hörmüz boğazının bağlanması inandırıcı görünmür. Həmçinin İranın bu açıqlamasına qarşılıq olaraq, ABŞ hərbi hava qüvvələri də bir neçə dəfə bəyanat yayıblar ki, əgər bu proses baş versə, boğazda bağlanan hissələri bombalayacaqlar. Yəni ABŞ havadan müdaxilə edəcək".

Politoloq bildirib ki, hazırki şəraitdə orada böyük müharibə olacağını düşünmür. Amma xırda toqquşmalar ola bilər. Çünki İran iqtisadiyyatının daha da gərginləşməsi tək İrana deyil, regional dövlətlərə də təsir edən amilə çevrilə bilər. Buraya Türkiyə, Rusiya, İraq da daxildir.

A.Nağıyevin sözlərinə görə, Səudiyyə Ərəbistanı və bir neçə dövlət İrana qarşı sanksiyaların çoxalmasının marağındadır:

"Çünki sanksiyalar çoxaldıqca avtomatik olaraq, OPEK-in üzvləri və qeyri-üzvləri neftin qiymətini qaldırmağa nail olurlar".

Qeyd edək ki, ABŞ Yaxın Şərqə "Patriot" zenit raket komplekslərini və "USS Arlinqton" gəmisini göndərilməsi barədə qərar qəbul edib.

Bundan öncə isə "Avraam Linkoln" təyyarədaşıyan gəmisi Fars körfəzinə istiqamət alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.