Dünya

İranlı axund namaz xütbəsində ABŞ-a meydan oxudu: Gəmini bircə raketlə məhv edərik

12 May 2019 11:25
5 Şərh     Baxış: 2 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər ABŞ-ın təyyarə daşıyan hərbi gəmisi İrana qarşı hansısa bir addım atarsa, bircə raketlə məhv ediləcək".

Milli.Az ONA-ya istinadən xəbər verir ki, bunu İsfahan şəhərinin cümə namazının rəhbəri axund Yusif Təbatəbai Nejad namaz xütbələrindəki çıxışında ABŞ-ın təyyarə daşıyan "USS Abraham Lincoln" gəmisinin bölgəyə göndərilməsinə münasibət bildirərkən deyib.

O, əlavə edib ki, ABŞ belə bir addım atarsa, ölkə rəsmilərinin qəbul etdiyi qərar özünü gözlətməyəcək: "Belə bir durumda, hər şey əziz rəhbərimizin əlində olacaq və qərarı da o verəcək. Biz hamımız rəhbərimizin arxasında dayanmışıq və düşmənlər də heç bir qələt edə bilməyəcəklər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.