Dünya

Rusiyada binada partlayış - Ölənlər var

12 May 2019 09:14
0 Şərh     Baxış: 1 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Rostov vilayətində yaşayış evində baş verən partlayış nəticəsində iki insan ölüb.

Milli.Az Oxu.az-a istinadla bildirir ki, hadisə yerində kişi cəsədi tapılıb. Hadisənin ikinci qurbanı 2010-cu i təvəllüdlü qızdır. Daha bir xəsarət alan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

FHN-nin məlumatında bildirilir ki, mayın 12-də  Rostov vilayətinin Çistoozyornı qəsəbəsində ikimərtəbəli yaşayış evində məişət qazı partlayıb. Dağıntılar altında qalanlar ola bilər. Belə ki, evin damı doqquz nəfərin qeydiyyatda olduğu iki mənzilin üzərinə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.