Dünya

Tramp Çin mallarına gömrük rüsumunu yenə artırdı

11 May 2019 11:09
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp komandasına Çindən idxal edilən 300 milyard dollar dəyərində məhsullara yüksək gömrük rüsumu tətbiq etməyə başlamaları haqda tapşırıq verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın ticarət üzrə nümayəndəsi Robert Laytxayzer jurnalistlərə açıqlmasında bildirib.

"Prezident bizə bütün qalan Çin məhsullarına rüsumu artırmağımız haqda göstəriş verib. Onların ümumi dəyəri təxminən 300 milyard dollar təşkil edir", - dövlət rəsmisi qeyd edib.

Xatırladaq ki, Çindən ABŞ-a idxal edilən 200 milyard ABŞ dolları dəyərində olan məhsulların gömrük rüsumunun artırılması hələ cari ilin 1 yanvar tarixinə planlaşdırılırdı, amma dəfələrlə təxirə salınırdı. Bu qanun layihəsi mayın 10-da isə qüvvəyə minib.

Belə ki, ABŞ hökuməti təxminən 200 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.