Dünya

Çin Amerika rüsumlarına qarşı cavab addımları atacaq

10 May 2019 21:32
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pekin ABŞ-ın Çin mallarına rüsumları qaldırmaq qərarına qarşı cavab tədbirləri görmək məcburiyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ÇXR Kommersiya Nazirliyinin bəyanatında deyilir. Nazirlik, həmçinin Pekin ABŞ-ın 200 milyard dollar həcmində Çin ixracatına rüsumları 10 faizdən 25 faizə qaldırmaq qərarı ilə bağlı təəssüfünü ifadə edib, tərəflərin hazırda Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrinin gedişində fikir ayrılıqlarının nizamlanmasına ümid bəslədiyini vurğulayıb.

Ötən bazar günü ABŞ Prezidenti Donald Tramp mayın 10-dan bəzi Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qaldıracağını deyib və digər ticarət mövqelərinə qarşı önləyici sədd qoyacağını istisna etməyib.

Bu ərəfədə ABŞ lideri Pekinin ticarət üzrə danışıqlarda "sövdələşməni pozduğunu" bildirib.

ABŞ-la ticarət üzrə danışıqlarda Çin nümayəndə heyətinin rəhbəri Lü He Amerika liderinin elan etdiyi rüsumlarla problemin həllinin mümkün olmayacağını deyib. Onun sözlərinə görə, bu nə Birləşmiş Ştatlara, nə Çinə, nə də digər dövlətlərə sərf etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.