Dünya

Bu ölkənin dövlət borcu 10 trilyonu keçdi

10 May 2019 18:12
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın dövlət borcu 10 trilyon dolları keçib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Yaponiya Maliyyə Nazirliyi yayıb. Məlumata görə, bu, ölkə tarixində qeydə alınan ən böyük borcdur.

Qeyd edək ki, Yaponiyanın dövlət borcu ümumdaxili məhsulun göstəricilərini iki dəfə üstələyir. Bu, G-7 ölkələri arasında qeydə alınan ən pis göstəricidir. Dövlət borcunun belə yüksək templə artmasına səbəb kimi əhalinin yaşlanmasıyla əlaqədar büdcədən ayrılan sosial xərclərin çoxalması göstərilir. Belə ki, hökumət bu xərcləri vergilər hesabına ödəyə bilmədiyinə görə dövlət istiqrazları buraxmağa məcbur olur. Hazırda ölkədə yaşı 65-dən yuxarı olan əhalinin sayı ölkə əhalisinin 28%-ni təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.