Dünya

Gürcü nazirdən BTQ ilə bağlı iddialı açıqlama - "Bizsiz mümkün deyil”

9 May 2019 23:02
4 Şərh     Baxış: 1 618

"Gürcüstanın iştirakı olmadan Bakı-Tbilsii-Qars layihəsinin konfiqurasiyasına hər hansı bir dəyişikliyin edilməsi mümkün deyil".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Nazir deyib ki, BTQ layihəsi Gürcüstan üçün strateji layihədir və ölkənin suveren maraqlarına cavab verir:

"Layihə üç dövlət tərəfindən razılaşdırılıb və təsdiqlənib. Hansısa bir iştirakçı dövlət birtərəfli qaydada layihəyə dəyişiklik etmək hüququna malik deyil. Biz bu layihəni təsdiq olunan formada reallaşdırırıq".

N.Turnava qeyd edib ki, layihə ilə bağlı müxtəlif formatlarda müxtəlif görüşlər keçirilə bilər: "Bu görüşlər bizim bölgəyə yüklərin cəlb olunması ilə bağlı ola bilər. Gürcüstanın iştirakı olmadan layihəyə hər hansı bir dəyişiklik edilə bilməz. Ankarada Rusiya, Türkiyə və Azərbaycan dəmir yolları idarələri rəhbərlərinin görüşü çox güman ki, digər mövzularla bağlı olub".

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Vetendaş · 10 May 09:2000

    Düz deyirdə istəsələr buraxmaya bilərlər qatarı Gürcüstana

    Cavab yaz
  • Anonim
    Radar · 10 May 12:2800

    Butun neqliyat xetlerimiz Gurcustandan kecir. Ag gune cixiblar bizim hesabimiza. İndi tepik atirlar. Kesikcidag meselesinde prinsipialliqi qorumaliyiq.

    Cavab yaz
  • Anonim
    Qarabaglı Aydın · 10 May 13:2200

    Qardaş niye bizim çöreyimizin duzu yoxdur göresen.?bunlar ilk növbede Azerbaycanın sonra da Türkiyenin hesabına dirçeldiler, bunu başa düşmürler göresen? Belke de bu komunikasiya xetleri bednam qonşumuzdan keçse bunlar kimi elemezdiler, onlar da ermeniler kimi bu layihelerden tecrid olunsaydı indi bize yalvarib diz çökurduler, serhed meselesin de indi ortalıga atmazdılar, buna ancaq bele ad vermek olar-tanrılarına tepık atmaq, ar olsun qedrimizi bilmeyib bu söz-söhbetleri ortaya atanlara, burda artıq sözun biten yeridi, serhed meselesinde de qetiyyetli olmalıyıq ki sonra başımız agrımasın, Onlara öz yerlerin göstermek lazımdır ki bele düşüncediz srhvlere yol vermesinler, utansınlar, üzde dost qardaş ölke deyib arxamızda quyu qazmasınlar, Ermeniperest olmasınlar,

    Cavab yaz
  • Anonim
    AZE · 10 May 18:5400

    Bunlara ABŞ əmr edib ki,Rusiya bu dəmiryolundan istifadə edə bilməsin.Belə olan halda Rusiya məsələ ilə bağlı Gürcüstan əleyhinə hansısa rıçaqlardan istifadə edə bilər və bu rıçaqlardan Azərbaycandan da istifadə edə bilər.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.