Dünya

BVF Çin və ABŞ-ı ticarət gərginliyi təzliklə həll etməyə çağırıb

9 May 2019 22:55
0 Şərh     Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Valyuta Fondu (BVF) Çin və ABŞ-ı dünya ticarətinə təhdid olan ticarət qarşıdurmasını ən qısa müddətdə həll etməsinə çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Fondun nümayəndəsi Cerri Rays deyib.

Rays deyib: "Biz bütün tərəfləri beynəlxalq ticarət sistemini gücləndirəcək bir həlli tapmağa çağırırıq... Biz ümid edirik ki, bu müzakirələr tezliklə həll olunacaq".

Rays ümid edir ki, bu gərginlik bütün tərəfləri təmin edəcək variantda mümkün qədər tez həll ediləcək.

Xatirladaq ki, Tramp bildirib ki, mayın 10-də bir sıra çin mallarının rüsümlarını 10% -dən 25% -dək artıracaq. ABŞ prezidenti digər mallar üçün rüsümların tətbiq edilməsini də istisna etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.