Dünya

ABŞ-ın Yaponiyaya verdiyi məlumata görə, KXDR ballistik raketlərin sınağını keçirib

10 May 2019 00:45
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hökumətinin Yaponiyaya verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) beş gün bundan əvvəl sınaqdan keçirdiyi reaktiv mərmilər ballistik raketlər ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi etibarlı mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın KXDR ilə danışıqları davam etdirmək niyyəti nəzərə alınaraq, bu barədə rəy rəsmi şəkildə elan edilməyəcək.

Bu ərəfədə KXDR rəhbərliyi keçirilən sınaqları "müdafiə üzrə böyük hərbi təlimlər" adlandıraraq, qərb ölkələrinin buna kəskin reaksiyasını pisləyib.

Mayın 9-da isə Koreya Respublikası Yapon dənizində daha iki reaktiv mərminin buraxıldığını qeydə alıb. Həmin raketlər KXDR sahilləri yaxınlığında Yapon dənizinə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.