Dünya

Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı

9 May 2019 21:13
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən Qazaxıstanda Facebook, Instagram, YouTube və Telegrama giriş məhdudlaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, beynəlxalq qeyri-hökuməti təşkilatı olan "NetBlocks" tərəfindən aparılan texniki monitorinqə əsasən, mayın 9-da internet-provayderlər sosial şəbəkələrə girişə blok qoyublar.

Təkcə Twitter və WhatsApp-a giriş açıqdır.

Qeyd edək ki, son aylar Qazaxıstanda müntəzəm olaraq sosial şəbəkələrə giriş bloklanır. Belə ki, hökumət əhalini kütləvi nümayişlərə çağıran, ölkədən qovulan müxalifətçi Muxtar Ablyazovla canlı rabitəni məhdudlaşdırmağa çalışır.

Bundan başqa, ölkə ərazisində bir neçə sayta giriş də bağlanıb.

Ötən gün isə Baş Prokurorluq müraciət yayaraq vətəndaşları razılaşdırılmamış mitinqlərə çıxmamağa səsləmişdi və mitinqə çıxacaq şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.