Dünya

İkinci dünya müharibəsinin sirləri - General Rommelin yoxa çıxan xəzinəsi

9 May 2019 15:26
0 Şərh     Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün alman faşizmi üzərində qələbənin 74 illiyidir.

Milli.Az ölkə.az-a istinadən bu gün oxucularına ikinci dünya müharibəsinin sirlərindən olan General Rommelin yoxa çıxan xəzinəsi barədə məlumat verəcək.

"Səhra tülküsü" adlandırılan general-feldmarşal Ervin Rommel Üçüncü Reyxin dahi sərkərdələrindən sayılırdı. O, birinci dünya müharibəsində italyanlara və almanlara qalib gəlmişdi. Onun adı qorxu və dəhşət saçırdı. İkinci dünya müharibəsində isə onun bəxti gətirmədi. Reyx Rommeli Şimali Afrikadakı hərbi əməliyyatlara rəhbərlik etmək üçün göndərdi.

SS-in şrturmbanfüreri Şmidt isə Yaxın Şərqdəki "divizen-şutskommando"ya rəhbərlik etdi. O, Rommelin ordusunun izləri ilə hərəkət edir, muzeyləri, bankları, şəxsi kolleksiyaları, kitabxanaları, zərgərlik dükanlarını və Şimali Afrika şəhərlərini qarət edirdilər. Onlar əsasən qızıl, valyuta, əntiq əşyalar və sənət əsərlərini götürürdülər. Rommel korpusu məğlub olana qədər və almanlar geri çəkilənə qədər qarət davam etdi. İngilislər almanları bombalayaraq geri çəkilməyə məcbur etdilər.
1943-cü ilin aprel ayında müttəfiqlər Kasablanka, Oran və Əlcəzairə qoşun çıxardılar. Onlar almanları Bon-Penninsula burnuna qədər sıxışdırdılar. Şmidt altı konteyner qiymətli əşyanı gəmiyə yükləyərək dənizə çıxdı və Korsika adası istiqamətində üzməyə başladı. Deyilənlərə görə, almanlar Korsikaya çatsalar da, amerikan aviasiyası onları məhv edir. Başqa bir versiyaya əsasən, Şmidt xəzinəni Korsika sahilləri yaxınlığında gizlədə bilib.
Bu günə qədər də Rommelin xəzinəsini axtarırlar. 2007-ci ildə britaniyalı Terri Hocinkson bəyan etdiyi ki, xəzinənin yerini bilir və bu xəzinə Korsikanın Bestiya şəhərindən bir dəniz mili uzaqda, dənizin dibindədir. Amma bu günə qədər də xəzinə tapılmayıb...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.