Dünya

İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik - Netanyahu

8 May 2019 18:09
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan edib

Milli.Az Trend-ə istinadən xəbər verir ki, baş nazir bunu terror qurbanlarının xatirəsinin anma mərasimi zamanı deyib.

Qeyd edək ki, bu gün İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bəyanat ünvanlayıb.

Bəyanatda deyilir ki, İran bu gündən etibarən nüvə sazişindəki bəzi addımlarını dayandıracaq.

Əlavə olunur ki, İranın hazırkı mərhələdə artıq zənginləşdirilmiş uranın və ağır su ehtiyatlarının saxlanılmasına dair məhdudiyyətlərə öhdəliyi olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.