Dünya

Deputat: "Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb"

8 May 2019 14:23
0 Şərh     Baxış: 942

Ermənistan strateji təhlükəli dərəcədə boşalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Arman Babacanyan deyib.

O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir:

"Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədə getməyə vadar edir. Miqrasiya "qeyri-real müharibə"dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər".

Statistik məlumatlara əsasən, 2019-cu il aprelin 1-dək Ermənistan əhalisi 2,962 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər azdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.