Dünya

Moskva Dövlət Universitetində erməni təxribatının qarşısı alınıb

7 May 2019 19:47
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Rusiyadakı səfirliyi Moskva Dövlət Universitetində (MDU) erməni təxribatının qarşısını alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfirliyin məlumatına görə, son günlər sosial şəbəkələrdə MDU-nun Erməni Tələbələr Assosiasiyasının mayın 7-də "Qarabağ müharibəsi qurbanları" ilə görüş keçirəcəyi haqında məlumat yayılıb. Həmin məlumatlarda MDU-nun tədbirin tərəfdaşı olması göstərilib:

"Səfirlik məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib. Eləcə də vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Eyni zamanda səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib".

Səfirlik Rusiyadakı Azərbaycan icmasının bütün nümayəndələrinə vətəndaş mövqelərini ifadə etdikləri üçün təşəkkürünü bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.