Dünya

“Rusiya Suriyada qələbə qazandı” - Amerika nəşrindən sensasion iddia

7 May 2019 19:44
1 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada müharibə başlayandan rejim başçısı Bəşər Əsədi dəstəkləyən Rusiya qələbə qazandı.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan "Foreign Policy" qəzetinin analitik məqaləsində bildirilib.

Məqalədə qeyd edilib ki, artıq Bəşər Əsədi devirə bilməyəcəyini anlayan silahlı üsyançılar da rejim dəyişikliyi tələbindən imtina ediblər:

"Silahlı müxaliflər ölkədəki mövqelərinin çoxunu itiriblər. Rusiya əsas hədəflərinə çatdı. Suriyada öz üstünlüyünü təmin edən Moskvanın indiki hədəfi dağılmış ölkəni yenidən qurmaqdır. Buna görə pul Moskvanı düşündürən əsas faktor çevrilib".

Qəzet müharibənin xarabalığa çevirdiyi Suriyanı Avropa kapitalı ilə qurmaq istədiyini iddia edib:

"Yüksək çinli bir Avropa İttifaqı diplomatı bildirib ki, Rusiya Suriyanı bizim pulumuzla bərpa etmək istəyir, buna görə də rus şirkətləri ilə bir sıra müqavilələr imzalana bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.