Dünya

İstanbulda bələdiyyə seçkilərinin nəticəsi ləğv edildi - YENİDƏN keçiriləcək

6 May 2019 20:41
4 Şərh     Baxış: 3 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, YSK seçkinin nəticələri ilə bağlı etirazlarla əlaqədar keçirdiyi iclasın sonunda belə bir qərar verib.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.