Dünya

Paşinyan və Koçaryan məhkəmədə üz-üzə gələcək

6 May 2019 20:39
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın hazırkı baş nazir Nikol Paşinyana qarşı iddiası ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlanıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, proses iyunun 12-si keçiriləcək.

Koçaryan ötən ilin sentyabrında Paşinyana qarşı iddia irəli sürüb. O, şərəf və ləyaqətinin ona qarşı səsləndirilən açıq böhtanlardan qorunmasını tələb edib. Baş nazir çıxışlarından birində Koçaryanın toxunulmazlıq bəhanəsi ilə həbsdən azad edilməyəcəyini bildirib.

"Toxunulmazlıq nə deməkdir? Yəni insanların ölümünü təşkil etmək və daha sonra "mən toxunulmazam" demək olar? Bu, harada yazılıb?", - Paşinyan deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.