Dünya

Yaponiyada uşaqların sayı 38 ildir azalmaqda davam edir

6 May 2019 22:08
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 5-də Yaponiyada uşaqlar günü qeyd edilir. Lakin bu gündoğar ölkədə uşaqların sayı 1982-ci ildən başlayaraq, 38 ildir ki, fasiləsiz olaraq azalmaqda davam edir və hazırda ən aşağı həddə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cari il aprelin 1-nə olan məlumata görə, 15 yaşadək uşaqların sayı 15 milyon 330 min təşkil edib. Onların 7 milyon 850 mini oğlan, 7 milyon 480 mini isə qızdır. Eyni zamanda, qeyd edilir ki, bu, ötən ilin müvafiq göstəricisindən 180 min nəfər azdır.

Hazırda 15 yaşınadək uşaqlar Yaponiyanın ümumi əhalisinin 12,1 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.