Dünya

Tramp qrin-kartı olan immiqrantların deportasiyasını sadələşdirməyə hazırlaşır

6 May 2019 21:50
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tramp Administrasiyası ABŞ-ın rezidentləri olan və ictimai sosial xidmətlərdən istifadə edən aşağıgəlirli şəxslərin immiqrasiyasını məhdudlaşdırmaq səyləri çərçivəsində leqal immiqrantların deportasiyasını sadələşdirmək məqsədilə immiqrasiya qaydalarına dəyişikliklər edilməsini planlaşdırır.

Tramp dövlət proqramları üzrə güzəştlərdən istifadə etmələrinə görə deportasiya edilə biləcək şəxslərin kateqoriyasını genişləndirmək istəyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ictimai nemət anlayışı daha geniş mənada tətbiq ediləcək, buraya bəzi immiqrantların istifadə etdiyi bir sıra ictimai güzəştlər, o cümlədən maddi müavinətlər, ehtiyacı olanlar üçün yemək talonları, yaşayış sahəsi ilə təmin olunma və ya tibbi yardım barədə dövlət proqramından istifadə məsələləri də daxil olacaq.

Bu plan hələlik işlənib hazırlanma mərhələsindədir və dövlətin rəsmi siyasəti hesab edilə bilməz. Lakin bu onu göstərir ki, Tramp Administrasiyası Birləşmiş Ştatlara qeyri-leqal immiqrasiyanı azaltmaq səylərindən əlavə leqal immiqrasiyanı da məhdudlaşdırmaq səylərini davam etdirir. Bu qərar ABŞ-da daimi yaşamaq üçün sənədi, yəni "qrin-kart"ı olan immiqrantlara da şamil edilə bilər. Halbuki hazırda qüvvədə olan qanuna görə, bu şəxslər Birləşmiş Ştatlara gələndən az sonra ictimai nemətlərdən istifadə etmək hüququna malikdirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.