Dünya

Müfti Özbək məhv edildi

5 May 2019 09:55
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstan xüsusi qüvvələri ölkənin şimalında və Mərkəzi Asiyada terrorçuların fəaliyyətinə rəhbərlik edən İŞİD silahli qruplaşmasının başçısını məhv ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat aprelin 3-ü gecə baş tutub. Dəqiqləşdirilir ki, silahlıların lideri olan Müfti Özbək terrorçuların Əfqanıstanın şimal hissələrində fəaliyyətlərinə görə cavabdeh olub, terror aktlarının təşkilində və planlaşdırılmasında iştirak edib. Həmçinin o, Mərkəzi Asiyada terror əməliyyatlarının maliyyələşdirməsi ilə məşğul idi.

Xüsusi qüvvələr Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətində də ən azı üç silahlını məhv ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.