Dünya

İrəvan İsrailə yalvarır: Bakıya satmayın

4 May 2019 17:12
0 Şərh     Baxış: 2 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail üçün ticarət predmeti olan şey erməni xalqı üçün ölüm silahıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin "KAN Nyus" dövlət televiziyasına müsahibəsində Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan İsrailin Azərbaycana silah satışını şərh edərkən deyib.

"Bizim sizin silahınız ucbatından itkilərimiz var. Siz bilirsiniz ki, biz buna necə yanaşırıq", - deyə o bildirib .

O, guya Ermənistanın regionda sülh və təhlükəsizliyi dəstəklədiyini və Qarabağ konfliktinin sülh yoluyla həllini axtardığını bildirib.

Maraqlıdır ki, "sülhə çalışdığını" iddia edən Mnatsakanyan BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ ətrafı 7 rayondan qeyd-şərtsiz çıxması barədə 4 qətnaməsinin icra edilmədiyi, eyni zamanda, erməni əsgərlərinin məhz Azərbaycan torpaqlarında öldüyü, Ermənistanın özünün də işğal etdiyini təsdiqlədiyi Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların "dqr ərazisinə" daxil edilməsi yönündə açıqlamaların birbaşa müharibə təhdidi yaratdığı mövzularına toxunmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.