Dünya

Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb

3 May 2019 21:23
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 3-də Yaponiyanın Kyüşü adasında yerləşən Aso vulkanının kraterlərindən biri 600 metr hündürlüyə kül və tüstü püskürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, püskürmə çox hündür hesab edilməsə də, Nakadake-1 kraterinə bir kilometrdən artıq yaxınlaşmaq təhlükəlidir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından biri sayılan Aso son dəfə aprelin ortalarında püskürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.