Dünya

Hindistanda HƏYƏCAN: Siklon səbəbindən 1 milyon insan...

3 May 2019 09:24
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Odişa ştatının ərazisindən keçən 220-dən artıq qatar reysi ştata yaxınlaşan "Fani" siklonu səbəbindən ləğv edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Hindistanın Mülki Aviasiya İdarəsi Bhubaneşvar şəhərində hava limanının bağlanılması haqqında bəyan edib, bu gün Kalkutte şəhərinin də hava limanı bağlanacaq.

Bildirilir ki, Odişa ştatının hakimiyyəti 1 milyon insanı təxliyə edib. Onlar müvəqqəti məskunlaşma düşərgələrində yerləşdirilirlər.

Qeyd edək ki, "Fani" sikloni Benqal körfəzi tərəfindən ştata yaxınlaşır. Meteoroloq proqnozuna əsasən, siklon bu gün ştata çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.