Dünya

Nazirdən azanla bağlı SENSASİON ADDIM - Səudiyyə Ərəbistanında

1 May 2019 08:52
0 Şərh     Baxış: 2 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məscidlərdə yüksək səslə oxunan azan ətrafdakılara narahatlıq verə bilər, ona görə də səsi azaldılmalıdır.

Milli.Az xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının İslam işləri naziri Əbdüllətif Əl Şeyx çıxış edib.

Nazir azanın namazın vacib tələblərindən olduğunu, lakin imamların ətrafdakılara hörmət etməli olduğunu deyib.

Nazirlik tərəfindən yayılan açıqlamada Əbdüllətif Əl Şeyx məsciddə səsləndirilən yüksək səsli azanın evində oturan və xəstə insanları narahat edə biləcəyi bildirilib. Açıqlamada bildirilib ki, bir məscidin azan səsi digər məscidlərin səsini üstələyir.

"İnsanlara Allahın evini sevdirmək lazımdır. Məscidlərdə mənəviyyat və səssizlik hakim olmalıdır, insanları narahat etməməliyik".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman mülayim İslama qayıdacaqlarını açıqlamışdı. Şahzadə ifratın aradan qaldırılacağını və dəyişikliklərin olacağını xəbərdarlıq etmişdi. Salmanın bu təlimatları ABŞ və İsrail tərəfindən alqışlanmışdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.