Dünya

"Google" binasında bədbəxt hadisə - 4 ölü, 3 yaralı

29 Aprel 2019 23:50
0 Şərh     Baxış: 2 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Sietl şəhərində "Google"un yeni binasında bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, binanın inşasında istifadə olunan qaldırıcı kran qırılıb. Avtomobilləri əzib binalara ziyan vuran kran ilkin məlumata görə 4 nəfərin ölümünə, 3 nəfərin isə ağır yaralanmasına səbəb olub.

Ölənlərdən biri tibb fakültəsinin tələbəsi Sara Vonqdur. Yaralılardan ikisi ana və azyaşlı uşaqdır. Hazırda insidentin səbəbi araşdırılır. Kranın qırılmasında ilkin versiya kimi güclü küləyin əsməsi irəli sürülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.