Dünya

Futbolda azarkeşlər arasında dava: 295 nəfər yaralandı - VİDEO

27 Aprel 2019 15:45
0 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın paytaxtı Tehranda Perspolis-Sepahan matçında azarkeşlər arasında dava 1 nəfərin ölümü, 295 nəfərin yaralanması ilə nəticələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Təcili Yardım İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Kərəm Dərabadi deyib.

M.K.Dərabadinin sözlərinə görə, yaralılardan biri davadan öncə həddindən artıq narkotik maddə istifadə etdiyinə görə dünyasını dəyişib.

Yaralılardan 45 nəfəri xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün İran premyer liqasının 27-ci turu çərçivəsində Perspolis-Sepahan komandaları qarşılaşıb. Matç 0-0 hesabı ilə başa çatıb.

Milli.Az

Xatırladaq ki, ötən gün İran premyer liqasının 27-ci turu çərçivəsində Perspolis-Sepahan komandaları qarşılaşıb. Matç 0-0 hesabı ilə başa çatıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.