Dünya

Gürcü polisi azərbaycanlı gəncləri vəhşicəsinə döydü - FOTO

27 Aprel 2019 15:25
1 Şərh     Baxış: 2 762

Marneuli rayon Şulaver Polis Bölməsinin beş əməkdaşı Şaumyan qəsəbəsinin inzibati ərazisində Təkəli kənd sakinləri Elçin Aslanovu, Musa Namazovu və Namaz Namazovu heç bir səbəb olmadan vəhşicəsinə döyüb, sürüyərək maşına mindirib, sonra bölməyə gətirərək, orada təkrar döyüb, daha sonra isə Elçin Aslanov və Musa Namazovu saxta ittihamla (polisə müqavimət) həbs ediblər.

Digər şəxs - Namaz Namazovu isə Marneuli Polis İdarəsində bir gün qanunsuz saxladıqdan sonra aprelin 18-də azad ediblər. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu hadisə ilə bağlı polis tərəfindən vəhşicəsinə döyülən Namaz Namazov mətbuat üçün açıqlama yayıb. O bildirib ki, özünün və digər iki gəncin milliyətcə gürcü olan polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı operativ olaraq Gürcüstanın Baş Naziri Mamuka Baxtadzeyə, Ombudsman Nino Lomcariyaya, Daxili İşlər Naziri Giorgi Qaxariyaya, Baş Prokuror Şalva Tadumadzeyə və Gürcüstan Parlamentinin Vitse-Spikeri Giorgi Volskiyə şikayət verilib.

Namaz Namazov qeyd edib ki, onu milliyətcə gürcü olan polis əməkdaşları döyüb və milli kimliyini təhqir edərək ona "tatrebi" ("eşşək tatar") deyiblər. Onun fikrincə, bu məsləyə görə şikayətinin Gürcüstanda obyektiv araşdırılması şübhəlidir. Ona görə də, insidentlə bağlı Azərbaycan Respublikasının Prezienti İlham Əliyevə də rəsmi müraciət göndərib. Rəsmi müraciətin sürəti eyni zamanda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya, Milli Məclisin deputatları Fərəc Quliyevə və Qüdrət Həsənquliyevə də ünvanlanıb.

N.Namazov bildirib ki, ona, həmçinin digər Təkəli kənd sakinləri Elçin Aslanov və Musa Namazova qarşı zorakılığın tətbiq edilməsi, saxta ittiham irəli sürülməsi, milli kimliklərinin təhqir edilməsinə Azərbaycan Respublikasında da hüquqi qiymət verilməlidir. Çünki bu, faktiki olaraq, Gürcüstanda azərbaycanlıların milli diskriminasiyasıdır.

Məlumata görə, Marneuli rayonu Təkəli kənd sakinləri, azərbaycanlı gənclər Elçin Aslanov və Musa Namazovla bağlı Marneuli Məhkəməsinin qərarı ilə Güürcüstan Cinayət Məcəlləsinin polisə müqavimət maddəsi ilə barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Namaz Namazovun şikayəti əsasında Gürcüstan Parlamentinin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsində və Gürcüstan Baş Prokurorluğunda insidentlə bağlı ciddi araşdırma başlayıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nə yazasan ? · 27 Aprel 15:4920

    Əgər bizdə belə hadisə olsaydı,fikirləşirəm gürcülərin reaksiyası buna necə ola bilərdi. Hər şey az imiş kimi milləti təhqir edən bu polisləri məhkəməyə vermək vacibdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.