Dünya

Şimali Koreya lideri Rusiyanın köməyinə ümid edir

25 Aprel 2019 21:11
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Chen In və Rusiya prezidenti Vladimir Putin Vladivostokda görüşüblər. Bu, Kimin Rusiyaya ilk səfəridir.

Putin Kimi Uzaq Şərq Federal Universitetinin ərazisində qarşılayıb.

Putin və Kim Koreya yarımadasını nüvəsizləşdirməyə və bu işdə Rusiyanın Koreyaya edə biləcəyi köməyə dair birbaşa danışıqlara ümid etdiklərini bildiriblər.

"Biz sizin Koreya yarımadası ilə bağlı dialoqu inkişaf etdirmək, Şimali Koreya və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı səylərinizi sözsüz alqışlayırıq", - Putin deyib.

"Cənab prezident, mən ümid edirəm ki, sizinlə görüşümüz dərin kökləri olan Şimali Koreya ilə Rusiya arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsin' və inkişafına kömək edəcək", - öz növbəsində Şimali Koreya lideri bildirib.

Putin və Kim heç vaxt şəxsən görüşməyiblər.

Putin və Kim Chen In görüşü Şimali Koreya üçün çətin vaxtda - bu ilin fevralında, Hanoyda Pxenyanın böyük ümidlər bağladığı ABŞ-la nəticəsiz bitmiş danışıqlar fonunda olub.

Putin Kim Chen Inin Şimali Koreya lideri kimi öz ölkəsinin hüdudlarından kənarda görüşdüyü 6-cı liderdir. Kim ilk dəfə Çin rəhbəri Xi Jinping, daha sonra isə Cənubi Koreya lideri Mun Che In-lə görüşmüşdü.

O, ABŞ prezidenti ilə iki dəfə görüşüb, bu danışıqlara qədər isə ABŞ-ın baş naziri ilə görüşərək ABŞ prezidenti ilə görüşü razılaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.