Dünya

Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü

25 Aprel 2019 20:32
0 Şərh     Baxış: 1 198

Bu gün Türkiyə Konstitusiya Məhkəməsinin təşkil etdiyi tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanla CHP lideri Kamal Kılıçdaroğlu üz-üzə gəliblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir mərasimə təşrif buyuran Ərdoğan orada olan Kılıçdaroğluna yaxınlaşıb, salamlaşıb.

Məlumata görə, Ərdoğan salamlaşma zamanı CHP liderinə "Keçmiş olsun" deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ankarada şəhid dəfnində Kılıçdaroğluna hücum olmuşdu. Hücum edənlər həbs olunsalar da, ertəsi gün azadlığa buraxılıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.