Dünya

Milyonçunun oğlu oteli partlatdı - Bombanı aktivləşdirməzdən bir neçə saniyə əvvəlin VİDEO - FOTOsu

25 Aprel 2019 10:37
2 Şərh     Baxış: 5 171

Şri-lankada törədilən terror aktı ilə bağlı yeni məlumatlar və görüntülər əldə edilib.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, partlayış törədən 9 nəfərdən 8-nin imkanlı ailənin övladları olduğu aşkarlanıb.

İnşaf adlı terrorçunun Şri-lankanın paytaxtı Kolombodakı "Shangri-La and Cinnamon Grand" hotelin yeməkxanasına daxil olaraq özünü partlatması təhlükəsizlik kamerasına düşüb. Onun bombanı aktivləşdirməzdən əvvəlki qərarsızlığı görüntülərdə əks olunub.

Otelə saxta şəxsiyyət vəsiqəsi ilə daxil olan İnşafın törətdiyi partlayış nəticəsində 8 nəfər ölüb.

Inşaf multi-milyoner Yunus İbrahimin oğludur. Yunus xarici ölkələrə ədviyyat satışı ilə məşğul olub.

Polislər partlayışdan sonra İnşafın evinə basqın etdikdə onun Fatimə adlı hamilə xanımı özünü partladıb. Nəticədə hamilə qadın, 3 uşağı və 3 polis əməkdaşı ölüb.

Terrorçulardan ikincisinin adı Cəmil Məhəmməddir. O, da imkanlı ailənin övladıdır və Britaniyada təhsil alıb.

Qeyd edək ki, bazar günü Şri-Lankada baş verən partlayışlar nəticəsində 359 nəfər ölüb.

Milli.Az görüntüləri təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Milyonçunun oğlu oteli partlatdı - Bombanı aktivləşdirməzdən bir neçə saniyə əvvəl

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Qaqa · 25 Aprel 10:5843

    yaxsi eleyibler. qirmaq lazimdi

    Cavab yaz
  • Anonim
    AZE · 25 Aprel 18:3100

    Cəhənnəm insanlarla .dolacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.