Dünya

11-ci əsrə aid qəsrdə sevişən cütlüyün başına iş gəldi - Yanğınsöndürən çağırdılar - FOTO

25 Aprel 2019 12:31
0 Şərh     Baxış: 4 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11-ci əsrə aid Riçmond qəsrində romantik anlar yaşayan cütlüyün başına iş gəlib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 30 metr yüksəkliyə çıxan cütlük qucaqlaşıb, öpüşməyə başlayıblar.

Bir müddət keçdikdən sonra onlar qapıların bağlanmasından xəbərsiz olublar. Başları sevişməyə qarışan ikili vaxtın necə keçməsini hiss etməyiblər.

İngiltərədəki tarixi tikilidə köməksiz vəziyyətdə qalan qadın yanğınsöndürmə xidmətinə zəng edərək kömək istəyib.

Cütlük qısa zamanda qaladan çıxarılıb.

"Vaxtın necə keçdiyini hiss etməmişdik. Qəsr çox romantik görünürdü. İşıqlar isə möhtəşəm idi", - biznes məsləhətçisi işləyən 37 yaşlı Sara qalada çarəsiz vəziyyətdə qalmaları barədə açıqlama verərkən söyləyib.

Həmin anlar məşhur "Taxt oyunları" serialının səhnəsini xatırladıb. Belə ki, ekran işini ilk seriyasında gizli münasibət yaşayan ikili qəsrdə cinsi əlaqədə olur.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.