Dünya

Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var

25 Aprel 2019 07:05
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 2 uşaq həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, insident nəticəsində həlak olanlar və yaralananlar bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Suriyada belə insidentlər tez-tez baş verir: yaşayış məntəqələrini tərk edən terrorçular yaşayış binalarına və digər yerlərə partlayıcı qurğular yerləşdirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.