Dünya

Ərdoğandan ermənilərə tərs şillə - VİDEO

24 Aprel 2019 20:39
4 Şərh     Baxış: 5 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Oxu.az-a istinadən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə təşkil olunan Arxiv simpoziumunda Fransaya, xüsusilə Fransa prezidenti Emmanuel Makrona qarı çox sərt mesajlar göndərib.

"24 apreli "erməni soyqırımı" günü kimi tanıyan Fransa prezidentinə bildirmək istəyirəm ki, son əsrlərdə insanlığın yaşadığı bütün qanlı toqquşmalara görə, məsuliyyəti bu gün azadlıq maskası taxanlar daşımalıdır.

Mən Makrona dedim, bu işlərdə yenisən, xəbərin yoxdur, amma biz Ruanda və Əlcəzairdə baş vermiş soyqırımları unutmadıq. 25 il öncə Ruandada 800 min məsum insanın ölümünə görə məhz Fransa günahkardır. İndi Fransa bizə dərs verir.

Bizə insanlıq dərsi verənlərin özlərinin əlləri qanlıdır. Xaç yürüşlərində 4 milyon insanın ölümünə səbəb nə türklər, nə müsəlmanlardır. İkinci dünya müharibəsi illərində milyonlarla yəhudi ovunu yəqin ki, Avropalılar unudublar. Milyonlarca Krım və Ahıska türkünü bir gecədə qatara doldurub ölümə göndərənləri biz unutmadıq, unutmayacağıq.

Biz arxivləri acdıq. Ey ermənilər, ey ermənilərin tərəfini tutanlar, mən arxivləri açmağa hazıram, siz də hazırsınızmı? 2015-ci ildə də bunu təklif etdik, gəlin öncə həqiqəti öyrənmək istəyirsinizsə, arxivləri öyrənən alimləri işə cəlb edək, araşdırsınlar, baxsınlar, sonra siyasətçilərə söz verək", - deyə o bildirib.

Videonu izləmək üçün şəklə klikləyin:
Ərdoğandan ermənilərə tərs şillə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.