Dünya

Tramp Böyük Britaniyaya səfər edəcək

24 Aprel 2019 21:47
0 Şərh     Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya üç günlük rəsmi səfər edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident və birinci xanım Melania Tramp səfərləri çərçivəsində İkinci Dünya müharibəsi zamanı Müttəfiq qüvvələrin Avropaya hücum etdikləri günün 75 illiyi ilə əlaqədar olaraq keçiriləcək tədbirdə iştirakları nəzərdə tutulub.

Britaniyanın Baş naziri Tereza Mey Donald Trampın səfəri zamanı ticarət, investisiya, təhlükəsizlik və müdafiə kimi sahələrdə mövcud olan sıx əlaqələrin gələcək illərdə daha da inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyini söyləyib.

Qeyd edək ki, Tramp 2018-ci ilin iyul ayında da Böyük Britaniyaya səfər edərək Vindzor qalasında Kraliça II Elizabet ilə görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.