Dünya

2030-cu ildə Gürcüstanın elektrik enerjisinə tələbatı 2 dəfə artacaq

24 Aprel 2019 23:18
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın elektrik enerjisinə tələbatı 2030-cu ildə təqribən 2 dəfə artacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Elektrik Enerjisinin İnkişafı Fondunun rəhbəri Qeorqi Çikovani deyib.

Onun sözlərinə görə, hazırda ölkədə elektrik enerjisinə tələbat 13 milyard kilovat/saatdır. Cari ilin birinci rübündə ölkədə 3,3 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub. Bunun 2,9 milyard kilovat/saatı ölkədə istehsal edilib, qalanı isə xaricdən alınıb.

Gürcüstanın elektrik enerjisinə tələbatı hər il çoxalır. Belə ki, 2016-cı ildən 2018-ci ilədək ölkənin elektrik enerjisinə olan tələbatı 6 faiz artıb. Bu illər ərzində ölkədə daxili enerji istehsalı 5 faiz çoxalıb. İdxalın həcmi isə 215 faiz artıb. Qarşıdakı illərdə bu tələbat təqribən 2 dəfəyədək artacaq və 2030-cu ildə 22 milyard kilovat/saata çatacaq.

"Ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək üçün iki yolu var. Birincisi yerli resurslardan istifadə etməklə daxili istehsalı artırmaq, ikinci yol isə xaricdən elektrik enerjisi almaqdır", - deyə Q.Çikovani bildirib.

Qeyd edək ki, Gürcüstanın əsas elektrik enerjisi təminatçılarından biri də Azərbaycandır. Bu ilin ilk üç ayında Gürcüstan Azərbaycandan 22 milyon 221,8 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib. Bu da illik müqayisədə idxal olunan elektrik enerjisinin məbləği baxımından 10,3 faiz və ya 2 milyon 558,4 min dollar azdır.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, ötən ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 24 milyon 780,2 min dollarlıq elektrik enerjisi alıb.

Fondun rəhbəri deyib ki, hazırkı vəziyyətdə bəzi səbəblərdən daxili istehsalı artırmaq mümkün deyil. Bəzi qüvvələr ölkədə su elektrik stansiyalarının (SES) tikintisinə qarşı çıxırlar. Bunu Pankisi dərəsi yaxınlığında Alazan çayı üzərində SES-in tikintisi ilə əlaqədar baş vermiş hadisə sübut edir. Kənd əhalisi ilə ölkənin polis qüvvələri arasında baş vermiş qarşıdurmada 55 nəfər yaralanıb, 10-dan çox texnika məhv edilib. Bu cür qanuna zidd əməllər aradan qalxmayana qədər ölkədə elektrik istehsalının istehsalı istənilən effekti verməyəcək. Belə olan halda isə Gürcüstan elektrik enerjisini yenə də xaricdən almalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.