Dünya

Qum qasırğası İranı "uçurur" - Məktəblər bağlandı

24 Aprel 2019 15:36
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Mircavə rayonunda qum qasırğasına görə bütün məktəblərin fəaliyyəti dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti Mircavə rayonu qubernatoru Fərhad Sərhədi deyib.

F.Sərhədinin sözlərinə görə, güclü qum qasırğası ötən gündən Sistan və Bəluçestan vilayətinin şimal və mərkəzi hissələrində başlayıb: "Mircavə rayonunda qum qasırğasının sürəti saatda 80 kilometrə çatıb. Hava proqnozlarına görə, Sistan və Bəluçestan vilayətində sabah da güclü külək davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.