Dünya

Özü gəlməmiş “Limuzin”i Rusiyaya gətirildi

23 Aprel 2019 12:29
0 Şərh     Baxış: 4 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, aprelin 25-də Vladivostok şəhərində Rusiya və Şimali Koreya prezidentləri Vladimir Putinlə Kim Çen In görüşəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdən öncə Ina məxsus "Limuzin" avtomobili "İl-76" tipli yük təyyarəsi ilə Phenyandan Vladivostoka gətirilib.

KİV və sosial şəbəkələrdə hərəkətdə olan "Limuzin" boyunca qaçan mühafizəçilərin görüntüləri yayılıb.

Qeyd olunur ki, Şimali Koreya prezidentinin özü də bu gün Vladivostoka gələcək.

Kim Çen Inın səfəri 26 aprelə qədər davam edəcək. Putin isə görüşdən sonra Çinə səfər edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.