Dünya

Tramp iyunda Böyük Britaniyaya səfər edəcək

23 Aprel 2019 08:21
0 Şərh     Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya səfər etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər zamanı D.Tramp Bukingem Sarayını ziyarət edəcək.

Bildirilir ki, ABŞ prezidentinin Böyük Britaniyaya baş tutacaq səfəri haqqında rəsmi məlumat yaxın 48 saat ərzində elan edilə bilər.

Qeyd edək ki, aprel ayının əvvəlində "The Sunday Times" qəzeti kraliça II Yelizavetanın D.Trampı Birləşmiş Krallığa dəvət edəcəyi barədə məlumat vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.