Dünya

Braziliyada keçmiş "UFC" döyüşçüsü qətlə yetirilib

23 Aprel 2019 08:53
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın Belen şəhərində keçmiş "UFC" döyüşçüsü Rodriqo Qoyana de Lima qətlə yetirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident idmançının taksi sürücüsü ilə mübahisəsindən sonra baş verib.

İlkin məlumata əsasən, 26 yaşlı idmançı taksidən enib, avtomobilin sürücüsü onu maşınla vurub və daha sonra üzərindən keçib.

Bildirilir ki, taksi sürücüsü hadisə yerindən qaçıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Rodriqo Qoyana de Lima "UFC"də iki döyüş keçirib və hər ikisində məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.