Dünya

İstanbulda bina çökdü - VİDEO

22 Aprel 2019 20:17
0 Şərh     Baxış: 2 356

İstanbulun Kağıthane bölgəsində 2 il öncə bünövrəsi qoyulan inşaat yerində istinad divarı uçub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nəticədə yaxınlıqdakı 4 mərtəbəli bina da çöküb.

İki avtomobil dağıntılar altından qalıb. Qəzalı vəziyyətdə olduğuna görə daha öncə boşaldılan binada insan tələfatı olmayıb. Hadisədən sonra təhlüksəzilik məqsədilə yaxınlıqdakı 10 bina da müvəqqəti olaraq boşaldılıb.

Kağıthane bələdiyyə sədri Mövlud Öztəkin bildirib ki, boşaldılan binalarda araşdırmalar aparıldıqdan sonra onlar da söküləcək:

"Qəsəbəmizdə sökülməsi vacib, zəlzələyə davamsız olan nə qədər bina varsa, sökəcəyik. Heç bir şey vətəndaşlarımızın canından önəmli deyil. Boşaldılan binalardakı sakinlər üçün qalacaqları yerlər də təcili olaraq təmin ediləcək".

Videonu izləmək üçün şəklə klikləyin:
İstanbulda bina çökdü

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.