Dünya

SON DƏQİQƏ! Şri-Lankada daha bir partlayış - Kilsə yaxınlığında

22 Aprel 2019 15:04
0 Şərh     Baxış: 2 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.

Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.