Dünya

AKP Kılıçdaroğluna qarşı hücumu pisləyib

22 Aprel 2019 10:14
0 Şərh     Baxış: 648

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ankarada müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı hücumu pisləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, AKP-nin mətbuat katibi Ömər Çelik insidenti şərh edərkən hakim partiyanın zorakılığın istənilən formasının əleyhinə olduğunu bildirib.

O qeyd edib ki, K.Kılıçdaroğluna hücum edən şəxslər Türkiyə qanunları çərçivəsində cəzalandırılacaq.

Xatırladaq ki, ötən gün Ankaranın Çubuk rayonunda bir qrup şəxs türk hərbi qulluqçunun dəfn mərasimində iştirak edən CHP liderinə hücum edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.