Dünya

Zelenski qələbəsindən danışdı

21 Aprel 2019 23:05
1 Şərh     Baxış: 2 074

"Exit-poll" nəticələrinə əsasən, Ukraynada prezident seçkilərini qazanan aktyor Vladimir Zelenski qələbəsindən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski qələbəsinin ölkəni birləşdirdiyini deyib:

"Hamıya təşəkkür etmək istəyirəm ki, bu 4 ayı mənimlə oldunuz. Bugünkü nəticələr mənim yox, sizin işlərinizin bəhrəsidir. Biz birlikdə bunu etdik. Ən əsası, biz Ukraynanı, həyatımızı, xalqımızı birləşdirdik".

Zelenski prezident olduqdan sonra görəcəyi "bir nömrəli iş"in Rusiyada həbs edilən dənizçilərin Ukraynaya qaytarılması olacağını bəyan edib. Bundan başqa, o, prezident administrasiyanın işçilərini ixtisara salacağını deyib.

Zelenski qələbə münasibətilə onu təbrik edən Poroşenkoya təşəkkürünü bildirib. Onun sözlərinə görə, Poroşenko yeni prezidentə istənilən zaman kömək edə biləcəyini bildirib. "Niyə də olmasın. Lazım gəlsə, məsləhət üçün Poroşenkoya müraciət edəcəm".

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. "Exit-poll"un nəticələrinə görə, Zelenski 73%-dən çox səs toplayıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    . · 21 Aprel 23:2210

    Sefaf secki buna deyerem ozude 73% yuxari ses toplayasan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.