Dünya

Ukraynada protokolların 66%-i hesablanıb: lider 73,04% səslə...

22 Aprel 2019 07:57
0 Şərh     Baxış: 3 463

22.04.2019

07:57

Ukraynada prezident seçkilərində protokolların 66,74%-i hesablanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nəticələrə əsasən lider 73,04% səslə Vladimir Zelenskidir, Petro Poroşenko isə 24,63% səs toplayıb.

---------

00:33

Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində elektron protokolların 3%-nın emalından sonra 72,12% səslə liderdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun rəqibi - hazırki prezident Petro Poroşenko 25,56% səs toplayıb.

Xatırladaq ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə ölkənin hazırki prezidenti Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər.

----------------

21.04.2019

21:45

Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində "exit poll"un ilkin nəticələrinə görə qalib gəlir.

Milli.Az Trend-ə istinadən bildirir ki, saat 18:00-a olan vəziyyətə görə, Zelenski 73,2%, Poroşenko isə 25,3% səs toplayıb.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti seçkilərinin ikinci turu baş tutub. Seçkilərdə ölkənin hazırki prezidenti Petro Poroşenko və ilk turun lideri Vladimir Zelenski iştirak ediblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.