Dünya

Türkiyə XİN rəhbəri Şri-Lankada baş verən teraktları pisləyib

21 Aprel 2019 19:25
0 Şərh     Baxış: 478

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şri-Lankada baş verən terror aktlarını pisləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə M.Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

XİN rəhbəri bildirib: "Pasxa bayramı zamanı Şri-Lankanın otellərində və kilsələrində günahsız insanlara yönəldilmiş törədilən terror aktlarını qətiyyətlə pisləyirəm".

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 6 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.