Dünya

Pankisidə çeçenlərlə toqquşma - 15 polis yaralandı

21 Aprel 2019 18:40
1 Şərh     Baxış: 2 093

Gürcüstandakı Pankisi dərəsində hüquq-mühafizə orqanları ilə yerli əhali arasında toqquşmalar başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, etirazlara səbəb Pankisi dərəsində hökumətin yenidən "Xadori" su elektrik stansiyasının tikintisini başlatması olub. Yerli əhali dəyənəklərlə silahlanıb və polisə müqavimət göstərməyə başlayıb. Əraziyə xüsusi təyinatlılar yeridilib, onlar isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq ediblər. Nəticədə bir neçə nəfər xəsarət alıb. Bölgəyə əlavə polis dəstələri yeridilməyə başlanıb.

***

Pankisi dərəsindəki toqquşmalar zamanı 15 polis əməkdaşı xəsarət alıb.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya deyib.

Qeyd edək ki, Pankisi dərəsindəki əhalinin əksəriyyətini çeçenlər təşkil edir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tam Maxfi · 21 Aprel 18:5610

    Sabahda deyeceklerki Rusiyaya birlesirik.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.