Dünya

Ukraynada seçicilərin 48 faizə yaxını səs verib

21 Aprel 2019 17:21
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 15:00-a olan nəticəyə görə, ilkin hesablamalara əsasən seçici fəallığı 47,87 faiz təşkil edib. Bu da seçkilərin birinci turunun analoji vaxtı ilə müqayisədə artıqdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, seçicilərin aktivliyi saat 12:00-dan sonra artıb.

Qeyd edək ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda namizədlər Vladimir Zelenski ilə Petro Poroşenko mübarizə aparırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.