Dünya

Türkiyədə müxalifət liderinə hücum olub - YENİLƏNİB - FOTO

21 Aprel 2019 22:35
0 Şərh     Baxış: 1 449

22:35

Ankarada Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir qrup şəxs şəhərin Çubuk rayonunda Kılıçdaroğluna hücum etməyə cəhd edib, ancaq partiya liderinin mühafizəsi cəhdin qarşısını alıb və onu yaxınlıqda yerləşən evlərdən birinə aparıb.

Hadisə yerinə ölkənin milli müdafiə naziri Xulusi Akar gəlib. Yalnız bundan sonra Kılıçdaroğlunu evdən çıxarıblar və zirehli maşında aparıblar.

Hadisə ilə bağlı araşdlırma aparılır.

----------

17:42

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ankara ətrafındakı qəsəbələrin birində hərbçinin dəfn mərasimində baş verib.

Bildirilir ki, bir qrup şəxs Kılıçdaroğlunun ünvanına sərt ifadələr işlədib, aqressiv hərəkətlər edib, ona yaxınlaşmağa cəhd edib. Lakin partiya liderinin mühafizə xidməti hücum edənlərin kənara itələyə bilib, bundan sonra Kılıçdaroğlu çətinliklə olsa da avtomobilə əyləşib.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.