Dünya

Kluba məxsus təyyarə qəzaya uğradı - Ölənlər var

21 Aprel 2019 11:57
0 Şərh     Baxış: 563

Bolqarıstanın Plovdiv şəhərinin Orize qəsəbəsində "Zenair CH 601 Zodiac" tipli yüngülmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təyyarə qanad hissəsində çıxan texniki nasazlıq səbəbindən ağaca dəyib və sonra yerə çırpılıb.

Hadisə nəticəsində təyyarədəki 45 və 18 yaşlı iki nəfər ölüb.

Təyyarənin "Nir" idman klubuna məxsus olduğu bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.